Zelenski Ukraynadakı mövcud vəziyyətdən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə və onun ətrafında mövcud vəziyyət nəzarət altındadır, təlaşa səbəb yoxdur.

Sfera.az xəbər verir ki, dövlət başçısı bunu "Rada” telekanalında Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekunları üzrə çıxışı zamanı deyib.

"Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası yenicə başa çatıb. Bu görüşün nəticəsi media məkanı üçün səs-küylü qərarlar deyil, cəmiyyətimiz və vətəndaşlarımız üçün çox vacib nəticələrdir: hər şey nəzarətdədir, çaxnaşma üçün heç bir əsas yoxdur”, - Zelenski deyib.
Mənbə:
0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar