VƏTƏN MÜHARİBƏSİNİN VAXTI NECƏ DEYİLMİŞDİ - ANALİTİKA

Keçən il sentyabrın 1-ində gözlənilmədən Vətən müharibəsinin başlayacağı ilə bağlı analitik yazı ərsəyə gəldi. Yazıda hətta hərbi əməliyyatların ən gec Oktyabr ayının əvvəlinə qədər başlamalı olduğu bildirilirdi.

Həmin dövrdə böyük maraqla qarşılansa da, Vətən müharibəsinin başlanması oktyabra 3 gün qalmış, 27 sentyabrda elan edilmişdi. 

Hal-hazırda Fransa öz oyunlarının qurbanı olur. Son bir həftədə Fransa HSK-nə 120 milyard dollardan çox ziyan dəyib. Fransanın böyük hərbi-sənaye və strateji zədə aldığı bugünlərdə məhz fransız dəstəyi ilə Ermənistanın İkinci Qazax-Tovuz hücumu gözlənilmədən, ən gec oktyabr ayına qədər hərbi əməliyyatlar başlanılmalı olduğu bildirilən, müəllifi siyasi analitik Turab Rzayev olan o analitik yazını təqdim edirik:

"Türkiyə Ermənistanın paytaxtı İrəvana uçmağı planlaşdıran Alman Hərbi Hava Qüvvələrinə aid nəqliyyat təyyarəsinə Türk hava sərhədlərindən istifadə etməyə icazə vermədi. Təyyarə alman hərbi bazasına geri dönüb. Baş verən hadisə Türk-Alman əlaqələrində "gərginliyə yol açan yeni bir skandal hadisə" olaraq xarakterizə edildi.

Görəsən Rusiya Hərbi nəqliyyat təyyarələri kimi, Almaniya hərbi nəqliyyat təyyarələri də İrəvana "kubik", "kərpic", "qum-çınqıl", "sement" daşımaq istəyib. Türkiyə də onların bu tikinti materiallarının daşınmasına mane olub?!

Deyəsən, bölgədə Fransadan sonra, Almaniya da fərqli oynamağa başlayıb. Bu Alman ehtiyyat hisslərindən istifadə etdiyi üçün, Türkiyəni hərbi texnikasını Azərbaycana satmağa qoymayan Almaniyadır. Nə vaxtdan İrəvana hərbi nəqliyyat təyyarələri göndərməyə başlayıb.

Nə hikmətdirsə, son dövrlərdə Fransa və Almaniyanın hərbi-siyasi fəaliyyətləri bölgədə və dünyada Rusiyanın, Qafqazda ayrıca götürsək həm də Ermənistanın lehinə, ABŞ və NATOnun isə əleyhinə işləməyə başlayıb. Biz bu təzaddan istifadə etməliyik. Düşünürəm ki, Ermənistanın Tovuz-Qazax xəttindən ikinci hücumunu gözləmədən hərbi əməliyyatlar ən gec Oktyabr ayına qədər başladılmalıdır. İlkin təzyiq vasitəsi olaraq, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonlarda saldığı yaşayış məskənləri və Xocalı aeroportu vurulmalıdır. Xankəndini vur ... (01.09.20)"

 

0
4146
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar