"Qarabağ" yeni qapıçı aldı - RƏSMİ

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə cəlb edib.
 
AzxeberSport xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə transferi açıqlayıb.
 
23 yaşlı qolkiper Polşanın “Yagelloniya” klubundan transfer olunub. Yeni komandasında 23 nömrəli formanı geyinəcək Quqeşaşvilinin müqavilə detalları barədə məlumat verilməyib.
 
Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.
Mənbə:
0
1101
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar