• Şikayət et

Paşinyan: “20 yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim” – VİDEO

Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın 24 il əvvəl – 11 fevral 1998-ci ildə “Molorak” qəzetində dərc olunan məqaləsinin surəti yayılıb.

AMİA.AZ xəbər verir ki, “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqalədə Nikol Paşinyan 20 Yanvar hadisələrindən bəhs edib.

Bildirilir ki, həmin məqalədə Paşinyan “günahsız Azərbaycan-türk qurbanları” yazıb. 20 Yanvar hadisəsinin gunahkarı kimi keçmiş SSRİ imperiyasını gunahlandıran Paşinyan məqalənin sonunu aşağıdakı cümlə ilə bitirib:

“20 yanvarda mən də 1990-cı il Bakı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim. Başa düşürəm ki, Bakıda, Sumqayıtda, Şamuyanda, Fərqanədə, Adanada və 1915-ci ildə “qərbi Ermənistan”da baş verən qırğınların səbəbkarı eyni əldir”.

Qeyd edək ki, Ermənistan müxalifəti Nikol Paşinyanı 24 il əvvəl yazdığı bu məqaləyə görə sərt tənqid edərək, onu xəyanətdə ittiham edirlər.

Paşinyan:

Mənbə:
0
290
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar