• Şikayət et

Parlamentdə deputatlar əlbəyaxa oldular - Video

Eastnews.org-un verdiyi xəbərə görə, İordaniya parlamentində millət vəkillərinin əlbəyaxa olması spikerin iclası ləğv etməsinə səbəb olub.

İordaniya parlamentinin konstitusiya islahatı məsələsini müzakirə etmək üçün keçirilən iclasında parlament üzvləri arasında şiddətli toqquşmalar baş verib. Parlamentin sədri Əbdül Kərim Duqami onları sakitləşdirməyə və bu toqquşmalara son qoymağa çalışıb. Amma sonda toqquşmaların davam etməsindən sonra görüş təxirə salınmalı olub.

İclasın əvvəlində deputatlar hüquq komissiyasının rəhbəri Abdul Munim Avadatın çıxışına və onun deputatlar qarşısında çıxış tərzinə qarşı çıxıblar.

Qanunvericilərin Avadatın çıxışının tonu və tərzinə etirazları fonunda Duqami deputatlardan birini odun üstünə benzin tökməkdə ittiham edib. Amma o, ittihamı rədd edərək parlamentin sədrinə sən heç nə başa düşmürsən deyərək, parlament sədrinə əsəbiləşib.


Daha sonra parlamentin spikeri gərginliyi sakitləşdirmək üçün iclası yarım saat bağladığı halda, iclas başlayan kimi deputatlar arasında toqquşmalar və əlbəyaxa dava başlayıb.

 

Mənbə:
0
1437
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar