Gürcüstandan Rusiyaya gedən yol bağlandı

“Verxniy Lars” keçid məntəqəsindən keçən yol (Gürcüstan-Rusiya sərhədinə aparır) qoşqulu və yarımqoşqulu yük maşınları üçün Gürcüstan tərəfdən bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

"Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qar və buzla əlaqədar bağlanıb", - məlumatda deyilir.

Digər nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilir.

Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti gecə-gündüz, ancaq uçqunlardan qorunan tunellər vasitəsilə və patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçirilir.

Xatırladaq ki, Gürcüstan Hərbi Magistralı hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Mənbə:
0
353
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar