Gürcüstanda bu gündən “yaşıl pasport” sisteminin tətbiqinə başlandı

Eastnews.org-un verdiyi xəbərə görə, bu gündən Gürcüstanda “COVID-19” pandemiyası ilə əlaqədar “yaşıl pasport” sisteminin tətbiqinə başlanılıb.

 

Məlumata əsasən, yeni qaydalara əsasən, dekabrın 1-dən qonşu ölkədə iaşə obyektləri və əyləncə mərkəzlərinə, otellərə, konoteatr, opera salonlarına, muzeylərə, konsert zallarına, dağ kurort kanat yollarına, spa, idman salonlarına və digər bu kimi qapalı ictimai məkanlara yalnız “yaşıl pasport”u olan şəxslərin daxil olmasına icazə veriləcək.

 

“COVID-19” əleyhinə vaksinin hər iki dozası ilə tam peyvənd olunan, son 72 saat ərzində PZR testindən keçib neqativ cavab alan, 24 saat etibarlılığa malik antigen testi olan, eləcə də son 6 ay ərzində xəstəliyə yoluxub sağalan şəxslərin “yaşıl status”a malik olacağı bildirilib.

 

Yeni qaydanın yaşı 18-dən çox olan bütün vətəndaşlara və xarici ziyarətçilərə tətbiq ediləcəyi bildirilib.

 

Avropa İttifaqının (Aİ) Rəqəmsal COVID Sertifikat sisteminə üzv olmayan ölkələrin vətəndaşları Gürcüstanda “yaşıl status”u yalnız ölkəyə daxil olduqdan sonra ala bilərlər.
Bunun üçün ziyarətçilər Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən yaradılmış “CovidPass Georgia” proqramından istifadə edərək qeydiyyatdan keçməlidirlər.

Mənbə: apa.az

Mənbə:
0
1559
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar