• Şikayət et

Futbol üzrə Almaniya Bundesliqasında 20-ci tura start verilib

Futbol üzrə Almaniya Bundesliqasında 20-ci tura start verilib.

Açılış matçında orta pillələrdə var-gəl edən Ayntraxt Frankfurt doğma divarlar arasında autsayderlər qrupunda qərarlaşan Arminia Bilefeldlə üz-üzə gəlib. Oyuna daha fəal başlayan qonaqlar ilk yarım saatda məsələyə aydınlıq gətiriblər. Ariminia hakimin start fitindən cəmi 5 dəqiqə sonra hücumlarının bəhrəsini görüb. Patrik Vimmer zəfərin təməlini qoyub. Bilefeldlilər 27-ci dəqiqədə növbəti dəfə qartalları məyus ediblər. İlk qolun müəllifi Vimmer gözəl ötürməsini Alessandro Şöpf məntiqi sonluğa çatdırıb. 2-0 və 5 oyundur məğlub olmayan Arminia Bilefeld 14-cü yerə yüksəlib. 3 turdur qələbəyə həsrət qalan Ayntraxt Frankfurt 8-ci pilləyə yuvarlanıb.

Mənbə:
0
124
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar