"Fənərbaxça" bir neçə futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Qol.az xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb. İstanbul təmsilçisi qış transfer pəncərəsinin sonunadək 6 oyunçusunu komandadan göndərəcək. Sözügedən futbolçular arasında Mixa Zayç, Luis Qustavo, Xose Sosaya, Maks Meyer, Marsel Tiesserand və Dimitrios Pelkas var.
Xəbərdə o da qeyd olunub ki, Superliqa klubunun oyunçuları ilə yollarını ayırmaqda məqsədi heyətinə yeni futbolçu qatmaqdır.