“Legiya” Mahir Emreli ilə bağlı məlumat yaydı

Polşanın “Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məlumat yayıb. 

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçunun 3-cü koronavirus testinin nəticəsinin də mənfi çıxdığı xatırladıb. 

Millimizin üzvünün tezliklə komanda ilə məşqlərə qoşulacağı və onun Polşa çempionatının növbəti turunda oktyabrın 17-də “Lex”ə qarşı oynaya biləcəyi vurğulanıb.
 
Qeyd edək ki, Mahir Emrelinin millimizin DÇ-2022-nin Serbiya ilə seçmə mərhələ oyunundan (1:3) əvvəl ilk testi müsbət çıxıb və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxıb. Ancaq sonra onun ikinci testi mənfi çıxıb.

Mənbə:
0
168
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar