Gənclərin Resurs Mərkəzi çərçivəsində onlayn beynəlxalq seminara start verilib

“Gələcəyə Körpü” Gənclər Birliyi tərəfindən onlayn şəkildə gənclərin məşğulluğu, sahibkarlıq və gənclərin iştirakı ilə icma inkişafı mövzusunda beynəlxalq seminar həyata keçirilir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, seminar müddətində iştirakçılar sahibkarlıq və icma inkişafı, eləcə də məşğulluqla bağlı müzakirələr, təqdimatlar və qrup işi aparırlar.

Onlayn seminar Avropa Komissiyasının Erasmus+ Proqramı - Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən maliyyələşdirilən “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi çərçivəsində icra edilir.

Seminarda Azərbaycan, Litva, Bolqarıstan, Şimali Makedoniya, Niderland, Gürcüstan, Ukrayna və Moldovadan olan 35-dən çox nümayəndə iştirak edir.

Tədbir iştirakçıları Gəncə şəhərində yaradılan Resurs Mərkəzi, onun xidmətləri və onun çərçivəsində həyata keçirilən tədbirlərlə tanış olublar.

Qeyd olunub ki, seminar həmçinin tərəfdaşlığın qurulması, ideyaların irəli sürülməsi və qruplarda mövzular üzərində işləmək üçün sessiyaları əhatə etməkdədir.

 

Mənbə:
0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar