Danimarka da Pekinə nümayəndə göndərməkdən imtina etdi

Danimarka da Pekin Qış Olimpiadasına heç bir rəsmi nümayəndə göndərməyəcək.

Axar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jeppe Kofod məlumat verib.

“Sirr deyil ki, biz Çindəki insan haqlarının vəziyyətindən çox narahatıq", - nazir vurğulayıb.

Qeyd edək ki, ABŞ başda olmaqla bəzi ölkələr Çinin Sincan Uyğur Muxtar Bölgəsində uyğur müsəlmanlara qarşı soyqırım və insanlığa qarşı cinayətlər və insan hüquqlarının digər pozuntuları iddiası ilə Pekində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot etdiklərini, oyunlara heç bir rəsmi heyətin göndərilməyəcəyini açıqlayıb.

Ötən gün də Cənubi Koreya Prezidenti Mun Çje İnin Olimpiadada iştirakdan imtina etdiyi bildirilib.

Mənbə:
0
66
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar