"Bursaspor"un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş gerçəkləşdirib

Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Fatih Tekke Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla xüsusi görüş gerçəkləşdirib.

"Report" "Bursaspordabugun" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis yarımmüdafiəçinin son oyundakı çıxışından məmnun qalıb.

O, 26 yaşlı oyunçuya TFF 1-ci liqasının VI turunda "Tuzlaspor"la səfər matçında start heyətdə şans verəcəyini və bunun üçün hazır olmasını söyləyib.

Qeyd edək ki, Namik Ələskərov V turda "Samsunspor"a 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ikinci hissəsində meydana daxil olub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Sentyabrın 19-da keçiriləcək "Tuzlaspor" - "Bursaspor" görüşü Bakı vaxtı ilə 14:30-da başlayacaq.

Mənbə:
0
1313
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar