“Bunlar hamısı istintaq sirridi, tək mən yox, çox adamlar təhdid olunub...”

Xəbər verdiyimiz kimi müğənni Afət Fərmanqızı mətbuata açıqlamasında bloqer Maqsud Mahudovun onu və müğənni həmkarı Manaf Ağayevi də təhqir və təhdid etdiyini bildirib. Buna görə də müğənni M.Mahmudovun cəzalanacağını bildirib.
 
Moderator.az-ın əməkdaşı məsələylə bağlı müğənni Manaf Ağayevlə əlaqə saxlayıb. M.Ağayev Afət xanımdan fərqli olaraq istintaq sirri olduğu üçün bu haqda geniş danışmaq istəmədiyini deyib:
 
“Düzdü, Maqsud Mahmudov məni də təhqir edib və bu istintaq sirri olduğu üçün geniş danışa bilmərəm. Təkcə mən deyiləm, çox adamlar təhdid olunub və düşünürəm ki, bizi istintaqa çağıracaqlar. M.Mahmudovu gətiriblər və o, etdiklərinin hamısını danışacaq”-deyə müğənni bildirib. 
 
Vasif Əlihüseyn
Mənbə:
0
1506
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar