21 yaşlı oğlandan dəhşətli əməl: Toyundan üç gün sonra arvadını və bacısını öldürüb intihar etdi

Rusiyanın Tatarıstan Respublikasında səs-küylü qətl hadisəsi baş verib.

Toydan cəmi 3 gün sonra gənc ər 21 yaşlı arvadını və onun bacısını bıçaqlayaraq öldürüb. Daha sonra masajçı ilə əylənməyə gedib və tezliklə intihar edib.

Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə İstintaq İdarəsi faktla bağlı cinayət işi başladıldığını bildirib.

İlkin məlumata görə, bacılar yuxuda ikən bıçaqlanaraq öldürülüb. Qohumları gəncin evinə gələndə dəhşətli mənzərə ilə rastlaşıblar.

Cinayətkar isə elanda tapdığı masajçıya gedib. O, intim xidmətlərə görə masajçıya pul ödəməkdən imtina edib, onu döyüb və zorlayıb.

Daha sonra avtomobil dayanacağında gənc oğlanın meyiti tapılıb. Maşında iki silah da olub. İlkin məlumata görə, o, intihar edib. Həmin şəxsin evindən çoxlu narkotik vasitələr aşkar edildiyindən istintaq gəncin bəzi maddələrin təsirində ola biləcəyini istisna etmir.

Gəncin dostu isə jurnalistlərə bildirib ki, şübhəlinin heç bir qadağan olunmuş maddədən istifadə etməyib və həyat yoldaşını sevib.
Mənbə:
0
123
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar