Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
1news.az-a verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib. Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.
Mövzu ilə əlaqədar oxuyun: Tağıyevin heykəlini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb, heykəl bərpa edilib - FOTO Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb - FOTO
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.