13:50, 10.3.2017 GÜLƏŞ

Yunan-Roma güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaqlar – HEYƏT

16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. 

Sportbox.az-ın məlumatına görə, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. 

Yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 12 güləşçimiz Abadana yollanacaq.

Yarışlarda ölkəmizi Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (hər ikisi 66 kq), Rəsul Çunayev, Həsən Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək. 

Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək. 

Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.

Sportbox.az

 

Baxılıb: 313

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close