17:22, 4.11.2016 GÜLƏŞ

Güləş yığmalarımızın baş məşqçiləri istefaya göndərildi

Güləş üzrə Azərbaycan millilərinin baş məşqçi postunda dəyişikliklər edilib.

Sportbox.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, əsas komandalarımızın çalışdırıcıları istefaya göndərilib.

Belə ki, 2012-ci London Yay Olimpiya Oyunlarından sonra yunan-Roma üzrə güləş komandamıza gətirilən Cəmşid Xeyrabadi millimizdən kənarlaşdırılıb. Onun vəzifəsini müvəqqəti icra etmək Akif Əliyevə tapşırılıb.

Sərbəst güləş üzrə yığmamızda da Saypulla Absaidovla yollar ayrılıb. Dağıstanlı çalışdırıcı fəaliyyətini gənclər komandamızda böyük məşqçi kimi davam etdirəcək. Onu əsas yığmada müvəqqəti də olsa Firdovsi Umudov əvəzləyəcək.
 
Qərara əsasən, yalnız qadınlardan ibarət komandamızın baş məşqçisi Semyon Şterevlə müqavilə uzadılıb.
 
Bütün bunlara pəhləvanlarımızın Rio Yay Olimpiya Oyunlarında zəif çıxışı səbəb olub. Belə ki, 4 illiyin ən möhtəşəm yarışında 18 mümkün çəki dərəcəsindən 14-də iştirak edən güləşçilərimiz çempionluğa həsrət qalmışdılar.
 
Qeyd edək ki, aşağı yaş qrupları üzrə milli komandalarımızın da məşqçilər korpusu dəqiqləşib.

Sportbox.az

Baxılıb: 337

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close