10:51, 26.8.2014 GÜLƏŞ

Leyla Qurbanova Olimpiadanın finalına vəsiqə qazandı – FOTO - VİDEO

Çində yeniyetmələrin II Yay Olimpiya Oyunları davam edir.

Sportbox.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi xəbərə görə, artıq yeniyetmə qadın güləşçilərimiz də mübarizəyə qoşulublar.

Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.

52 kq çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə qarşılaşacaq. 

1-ci dövrə - Tianna Kennet (CAN) - Leyla Qurbanova 0:10
2-ci dövrə - Olena Kremzer (UKR) - Leyla Qurbanova 1:2
3-cü dövrə - Aparicio Vasquez (ESA) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)

FİNAL - Leyla Qurbanova - Mayu Mukaida (JPN) (saat 14:45-də başlayacaq)

Xatırladaq ki, yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.

Sportbox.az

 

Baxılıb: 327

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close