19:07, 5.12.2016 VOLEYBOL

Voleybol yığmamız Qran-pridən imtina etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2017-ci ildə keçiriləcək Dünya Qran-pri turnirinə qatılmayacaq.

Sportbox.az-ın apasport.az saytına istinadən verdiyi məlumata görə, komandamız yarışdan rəsmən imtina edib.

Məlumatda bildirilir ki, yığmamız Avropa Liqasının qalibi olmaqla, 9 il sonra vəsiqə qazandığı yarışda təqvim sıxlığına görə mübarizə aparmayacaq: “Gələn il paytaxtımız dünya çempionatının seçmə mərhələsinə, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatına ev sahibliyi edəcəyindən bu addım atılıb”.  

Bu səbəbdən gələn il Bakıda keçirilməli olan qrupun II mərhələsi də təxirə salınıb.

Qeyd edək ki, püşkün nəticəsinə əsasən yığmamız ilkin mərhələdə Kamerun, Əlcəzair və Kolumbiya ilə üz-üzə gəlməli idi. Matçlar 2017-ci il iyunun 7-9-da Kamerunda oynanılacaqdı. İyulun 14-16-da isə yarışın ikinci mərhələsinə Bakı ev sahibliyi etməli idi. Həmin vaxt ölkəmizə Macarıstan, Əlcəzair və Meksika təşrif buyurmalı idi.

Sportbox.az

Baxılıb: 523

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close