11:15, 9.6.2016 VOLEYBOL

Daha bir klub dağılır, icraçı direktor da komandadan getdi

“Lokomotiv” voleybol klubunun dağılacağı rəsmiləşmək üzrədi.

Sportbox.az-ın Apasport.az saytına istinadən verdiyi məlumata görə, borcu təxminən 1 milyon dollara çatan komandada nə voleybolçu qalıb, nə də hansısa əməkdaşı. Üstəlik, klubun ofisi də bağlanıb.

Artıq icraçı-direktor Xəyal Rəhimov da komanda ilə vidalaşıb. Digər əməkdaşların isə ərizələri toplanıb. Menecerlərin və köməkçi məşqçilərin də Bakı klubundan imtina etdiyi bildirilir.

“Lokomotiv” üçün müəyyən müddət öncə yeni sponsor da müəyyənləşə bilərdi. Lakin komandanı öhdəçiliyə götürmək istəyənlər onların borcu səbəbindən kənara çəkiliblər.

Qeyd edək ki, komandanı baş məşqçi Karlo Parisi, həmçinin Brenda Kastillo, Berit Kauffeldt, Aneta Havlikov, Özgə Kırdar Cemberçi rəsmən tərk edib.

Sportbox.az

 

Baxılıb: 320

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close