10:31, 17.5.2016 VOLEYBOL

Qərar dəyişdi: Millimiz Avropa çempionatına gedir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində iştirakı ilə bağlı yekun qərar verilib.

Sportbox.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə,  bu barədə yığmamızın meneceri İlqar İmamquliyev bildirib. Problem qismən aradan qaldırıldığını deyən menecerin sözlərinə görə, Azərbaycan voleybolunun imicinə zərbə gəlməməyi üçün komanda yarışdan imtina etmək qərarını dəyişib:

“Kişi voleybolun ətrafında böyük problemlər dolaşırdı. Yığmamız Avropa çempionatının seçmə mərhələsinə gedə bilmirdi. Əfsuslar olsun ki, bu tərəfimizdən istənilmədən atılan addım idi. Yığmamız bu çətinliyə uzun müddət dözsə də, artıq “bıçaq sümüyə dirənmişdi”. Uşaqlar da belə düşündülər ki, bu gün ən düzgün addım yarışdan imtina etmək olar. Saytınız problemləri kifayət qədər işıqlandırmısız, onlarla bağlı nəsə danışmağım artıqdı. Bu gün uzun sürən danışıqlardan, görüşlərdən sonra müəyyən razılıqlar əldə olunub. Hamılıqla belə bir ortaq məxrəcə gəldik ki, bacardığımızı edək. Çünki bizim üçün də bu addım heç də yaxşı sayılmırdı. Azərbaycanı təmsil edirik və bu səbəbdən də belə rüsvayçılıqla üzləşməyimizi istəməzdik”.

İmamquliyev bildirib ki, məsələnin müsbət həllində Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin yuxarı instansiyalarla danışıqları xüsusi rol oynayıb: “Bu səbəbdən ona təşəkkür edirik. Çünki daim güman yerimizdi və həmişə onun üstə gedirik. Söz yox ki, artıq o problemləri həll edəcək gücdə deyildi. Çünki qadın və kişi voleybolunda çətinliklər üst-üstə yığılıb. Klublar da bərbad vəziyyətdədi. Həmişəki kimi öz maksimal səylərini göstərərək, bu gün yüksək instansiyalarla görüşdə olub və səfərə yollanmağımız üçün qarşılaşa biləcəyimiz çətinliklər aradan qaldırılıb”.

I qrupda yer alan Azərbaycan yığması ev sahibi Gürcüstan, həmçinin İsveç və İsveçrə milliləri ilə qarşılaşacaq. Menecerin sözlərinə görə, artıq fikirləri bu oyunlara yönəlib və səfərdən lazımı nəticə ilə dönmək üçün bütün güclərini ortaya qoyacaqlar: “Minimal şərtlər altında maksimum hazırlaşmışıq. Görək necə olacaq. Bu gün söz verə bilmərik, yalançı olarıq. Amma lazımı nəticə ilə dönmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Düşünürük ki, bu, Azərbaycan xalqı üçün də töhfə olar.

Həmişə çətinlikdən sonra müəyyən xoş hadisələr baş verir. O ümidlə biz də işıqlı sabaha inanaraq, bu addımı atırıq. Ümid edirik ki, bu məsələ burada qalmayacaq, lazımı yerlərdə bir də müzakirə olunacaq. Yəni bu gün acınacaqlı vəziyyətə düşmüş Azərbaycan voleybolunun durumu yaxınlarda tam həll olunacaq. Tiflisdən döndükdən sonra bir daha bu məsələlərə qayıdacağıq. Problemlərimizi işıqlandırdığınız üçün apasport.az saytına xüsusi təşəkkürümüzü bildiririk. Çünki belə çətin anlarda yanımızda olmağınızın özü böyük bir üstünlükdü. İnşallah, sonluq yaxşı olacaq”.

Qeyd edək ki, yığmamız Tiflisə bu gün yollanacaq. Oyunlar isə mayın 19-da başlayacaq.

Sportbox.az

 

Baxılıb: 406

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close