11:53, 16.5.2016 VOLEYBOL

Millimiz Avropa çempionatından imtina edir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qatılmayacaq.

Sportbox.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, buna səbəb yığmamızın komanda halında yarışdan imtina etməsidi.

Belə ki, son 6 ayda pul üzünə həsrət qalan voleybolçu və çalışdırıcılar Tiflisdə baş tutacaq seçmə görüşlərə getməkdə maraqlı deyil.

Vitamin, qida və nəqliyyat problemləri yaşayan komanda üzvlərinin meydana çıxması üçün heç formaları da yoxdu.

Mayın 19-da baş tutacaq seçmə mərhələnin oyunlarına yollanmaq üçün hələlik bilet belə alınmayıb.

Məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Fərid Cəlalov da təsdiqləyib. O bildirib ki, komandanın durumu ürəkaçan deyil və millinin gələcək taleyi sual altındadı.

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Gürcüstan, İsveç və İsveçrə ilə yanaşı I qrupda yer alıb.

Sportbox.az

 

Baxılıb: 449

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close