15:01, 3.5.2016 VOLEYBOL

Avropa çempionatında yarışacaq millinin heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportbox.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, baş məşqçi Fərid Cəlilov Avropa çempionatının seçmə mərhələsi üçün 13 oyunçuya dəvət göndərib.

O, Avropa Oyunları ilə müqayisədə heyətdə 3 dəyişiklik edib. Belə ki, özü karyerasını bitirdiyi halda, Kənan Allahverdiyev yığmaya çağırmağa ehtiyac duymayıb. Həmçinin millimizin aparıcı üzvlərindən olan Yevgeni Kovalenko da əsas komanda ilə vidalaşıb. 2002-ci ildən yığmamızın şərəfini qoruyan hücumçu da karyerasını başa vurub.

Bu oyunçuların əvəzinə isə Vüsal Rüstəmov, Aqil Ağazadə və Asif Əliyev yenidən milliyə qayıdıblar.

Toppaylayıcılar: 2. Tural Həsənli, 13. Aleksey Çervyakov

Blokçular: 6. Elmin Alışanov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 17. Vüsal Rüstəmov

Hücumçular: 1. Vüqar Bayramov, 3. Cavid Süleymanov, 4. Aqil Ağazadə, 5. Vadim Kutukov, 14. Rəsul İbrahimov

Liberolar: 7. Emil Abdullayev, 11. Asif Əliyev

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında Gürcüstan, İsveç və İsveçrə ilə I qrupunda yer alıb. Oyunlar isə mayın 19-21-də Tiflisdə keçiriləcək.

Sportbox.az

 

Baxılıb: 403

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close