12:26, 15.4.2016 VOLEYBOL

«Lokomotiv» dağılır?

“Lokomotiv”in yeni mövsümdə çıxışını davam etdirməyəcəyi təsdiqini tapmaqdadı.

Sportbox.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, komanda artıq Biləcəridə yerləşən bazasını boşaltmağa start verib.

Komanda rəhbərliyi burada özünün aldığı bütün ləvazimatları geri götürür. Hətta tibbi avadanlıq, top və paltaryuyan maşınlar belə “Lokomotiv” İdman Sağlamlıq Mərkəzindən daşınıb. Bazanın bu günlərdə balansında olduğu “Azərbaycan Dəmir Yolları” QSC-yə təhvil verməsi gözlənilir.

Lakin əldə etdiyimiz digər məlumata görə, komandanın yeni sponsora verilməsi də istisna deyil. Klubun prezidenti Elnar Əsgərov komandanı təhvil verdikdən sonra buraya yeni rəhbərliyin gətirilməsi gözlənilir.

Hər halda, təxminən 800 min dollara yaxın borcu olan komandanın çətin durumdan çıxması üçün yollar axtarılır. Məqsəd 8 yaşlı klubun “Şirvan”, “İqtisadçı”, “Bakı”, “Nəqliyyatçı” və “Rabitə”nin taleyini yaşamamasıdı.

Sportbox.az

 

Baxılıb: 418

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close