11:33, 8.4.2016 VOLEYBOL

«Azərreyl» və «Lokomotiv» yenə qalib gəldilər

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində II oyunlar keçirilib.

Sportbox.az-ın məlumatına görə, günün ilk oyununda “Lokomotiv”lə “Azəryol” üz-üzə gəlib.

İlk matçda olduğu kimi yenə qalib gələn “dəmiryolçular” “bürünc”ə bir addım da yaxınlaşıblar. Tay-brekə qədər uzanan qarşılaşmadan "Lokomotiv" 3:2 hesablı qələbə ilə ayrılıb. 

Finalda üz-üzə gələn “Azərreyl”lə “Telekom” arasındakı oyun da 5 set davam edib. Zoran Qayiçin yetirmələri rəqibinə ciddi müqavimət göstərsə də, “dəmiryolçular” yekunda qalib gəlməyi bacarıb. Çempionluq şanslarını çətinə salan “rabitəçilər” növbəti oyunda mütləq qalib gəlməlidi.

Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.

 

Final mərhələsi

7 aprel

II oyunlar

 

Üçüncü yer uğrunda

“Lokomotiv” - “Azəryol” - 3:2 (25:16; 21:25; 25:20; 23:25, 15:11)

I oyun: “Azəryol” - “Lokomotiv” - 0:3 (16:25; 20:25; 23:25)

 

Final

“Azərreyl” - “Telekom” - 3:2 (25:16, 23:25, 25:23, 22:25, 15:13)

I oyun: “Telekom” - “Azərreyl” - 1:3 (25:23, 29:31, 20:25, 20:25)

 

Sportbox.az

 

Baxılıb: 431

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close