15:10, 26.5.2016 UEFA EURO-2016 (U-17)

EURO-2016-nın bəhrəsi. Avropa Çempionatı U-17-nin Azərbaycanda keçirilməsi ölkəmizə nə bəxş etdi?

Bakıda mayın 5-dən 21-nə qədər futbol üzrə Avropa Çempionatı U-17-nin keçirilməsindən bir neçə gün ötüb. Lakin turnirdən qalan təəssüratlar o qədər aydındır ki, bu, hələ uzun müddət paylaşılacaq.

Sportbox.az-ınverdiyi xəbərə görə, hətta UEFA nümayəndələri çempionatdan heyran qalıblar. Onların fikrincə - təşkilatçılıq, infrasturktur, AFFA ilə UEFA komandaları arasındakı münasibətlər, bir sözlə hər şey yüksək səviyyədə idi.

Azərbaycan yığması da tərifəlayiq idi. Bu, ədalətlidir, belə ki, komanda ilk olaraq Portuqaliyaya (0:5) məğlub olsa da, sonda məlum oldu ki, yalnız bir oyunda uduzdular, o da gələcək çempionlara. Xatırladaq ki, finalda portuqaliyalılar İspaniyaya qarşı penalti ilə ötüşə bildilər.

Bu, Azərbaycan futboluna nələr bəxş etdi və edəcək? Biz, ilk olaraq son illər yaradılan infrastrukturu sınaqdan keçirmək imkanına sahib olduq. Olimpiya Stadionu, “Baksel Arena”, “Dalğa Arena”, “Azersun Arena” – bütün bu stadionlar son illər tikilib və Avropa Çempionatı oyunlarını uğurla qarşılayıb. Beş yeni məşq yerləri – 3 - “Neftçi”nin bazasında, 1 – Bakı Olimpiya Stadionunda, 1 – “Dalğa” yığma komandasının bazasında yaradılıb.

Başa çatan turnir yerli Təşkilat Komitəsi üçün ikinci böyük təcrübə oldu. İlk analoji sınaq 2012-ci ildə FİFA-nın himayəsi altında Azərbaycanda qızlar arasında keçirilən çempionat oldu. Bu iki turnirdə iştirak etmək kollektivə 2020-ci ildə böyük fayda gətirəcək. Belə ki, 2020-ci ildə Bakıda böyüklər arasında Avropa Çempionatı keçiriləcək. 

Əlbəttə ki, futbolçularımız da böyük təcrübə əldə etdi. Kim bilir, əgər milli komandamız qitənin ən güclü 24 yığmasının tərkibinə daxil olarsa bəlkə də 2020-ci ildə Azərbaycan yığmasından Avropa Çempionatında oynayanlar olacaq. Həqiqətən istərdik ki, bu gənclər 2020-ci ilə qədər 19 və 21 yaşlı yığmalar arasında uğur qazansın.

AFFA-nın baş katibi Elxan Məmmədovun qeyd etdiyinə görə, futbol üzrə Avropa Çempionatı U-17 Azərbaycan üçün yaxşı reklam oldu. Minlərlə insan Bakıdan birbaşa yayımlananları “Avrosport” kanalı vasitəsilə izləyə bildi.

Bəs ötən çempionat Avropa futboluna nə bəxş etdi? Hər bir iri turnir kimi bu da yeni ulduzlar üçün yol açdı. Beş oyundan yeddi top vuran portuqaliyalı Joze Homeş nələrə qadirdir. Əgər o, bu templə irəliləsə, tezliklə “Benfiki”dən Avropanın ən aparıcı klublarına keçə bilər.

Bakıda keçirilən Avropa Çempionatı dünyaya yeni sayda baxış rekordunu bəxş etdi. 33 min azarkeş Azərbaycan – Portuqaliya oyununun açılışına gəldi!

Bundan əlavə, UEFA FİFA-dan sonra özü üçün Avropa Çempionatını final mərhələdə yüksək səviyyədə təşkil edən yeni ölkə kəşf etdi. Əgər Bakı istəsə yaxın illər ərzində Çempionlar Liqası və ya Olimpiya Stadionunda Avropa Liqasının finalını təşkil etməyi bacarar. UEFA bir daha əmin oldu ki, Azərbaycanın paytaxtında hər şey yüksək səviyyədə təşkil olunacaq!

Sportbox.az

 

Baxılıb: 605

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close