10:16, 22.5.2016 UEFA EURO-2016 (U-17)

Bakının ev sahibliyi etdiyi “UEFA U-17” Avropa çempionatında Portuqaliya millisi birincilik qazanıb – FOTO

Mayın 21-də Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Sportbox.az-ın məlumatına görə, qitə birinciliyinin finalında qarşılaşan Portuqaliya və İspaniya milliləri arasında dueldə Portuqaliya daha güclü olub.

Azarkeşlər oyundan əvvəl möhtəşəm bağlanış şousunun şahidi olublar.

“8-ci Kilometr” qəsəbə stadionunda oynanılan final görüşünü çexiyalı hakim Petr Ardeleanu idarə edib.

Portuqaliya millisinin start heyətində Dioqo Koşta, Dioqo Dalo, Dioqo Keyroş, Ruben Vinaqre, Gedson Fernandeş, Joau Filipe, Jose Qomes, Kina, Mezake Dju, Dioqu Leyte və Florentino meydana çıxıblar.

İspaniya yığmasının heyətində isə meydana Penya, Robles, Qarsiya, Brandariz, Sabarte, Buskets, Emboula, Morlanes, Ruis, Dias, Subias çıxıblar.

İlk hissədə hücumda daha inamlı oynayan portuqaliyalılar 27-ci dəqiqədə hesabı açıblar. Dioqo Dalot topu qapının uzaq küncünə göndərib. İspaniya yığması beş dəqiqə sonra hesabı bərabərləşdirib. Oyunun 32-ci dəqiqəsində Dias başı ilə bərabərlik qolunu vurub. İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib. Komandaların fərqlənməyə bir neçə imkanı olsa da, görüşün əsas vaxtı heç-heçə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün on bir metrlik zərbələr vurulub. Penalti zərbələrini dəqiq yerinə yetirən Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu adını qazanıb.

Mükafatları qaliblərə UEFA rəsmiləri ilə yanaşı AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov və digər rəsmi şəxslər təqdim ediblər.

Xatırladaq ki, Portuqaliya millisi finaladək qapısından bir top belə buraxmayıb. Bu yığmanın qapıçısı Dioqu Koşta 624 dəqiqə “çərçivəni” toxunulmaz saxlayıb. Hücumçu Joze Qomes isə yeddi topla turnirin ən yaxşı bombardiri olub.

Sportbox.az

 

Baxılıb: 486

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close