15:24, 25.5.2016 UEFA EURO-2016 (U-17)

EURO-2016-nın yekunları. Elxan Məmmədovun 10 bəndi

AFFA-nın baş katibi Elxan Məmmədov Bakıda başa çatan gənclər arasında (U-17) futbol üzrə Avropa Çempionatı ilə bağlı təəssüratlarının bölüşüb.

“Artıq biz, 17 yaşlı gənclər arasında Avropa Çempionatına gəlmiş son qonağı yola saldıq. Əminəm ki, hər kəs şəhərimizdən müsbət fikirlərlə ayrılıb. Əlbəttə ki, qarşılarına yüksək məqsədlər qoyan və ona nail ola bilməyən komandalar istisna olmaqla”- deyə, baş katib bildirib.

Avropa Çempionatının final mərhələsində iştirak istənilən futbol federasiyasının uğurudur. Bu tipli təbdbirlər iki hissəyə bölünür: təşkilati və idman. Təşklati işlərlə bağlı AFFA prezidenti Rövnəq Abdullayev ölkəmizdə Avropa Çempionatının keçirlməsini yüksək qiymətləndirib. İdman hissəsi üzrə də demək olar ki, biz, çempionatın qalibi olaraq bir oyunu uduzduq.

İndi isə bir qədər detallar haqda. Bu tipli tədbirlər keçiriləndə hər zaman bunun ölkəmizə nələr verəcəyini düşünmək və analiz etmək lazımdır. Bu fikir bizi istər turnir zamanı, istərsə də sonra düşündürürdü. Artıq Avropa Çempionatının bizə nələr bəxş etdiyini söyləmək olar.

Konkret olaraq desək:

1) 5 yeni məşq meydançaları yarandı ( 3 - İsmət Qayıbov adına “Neftçi”nin bazasında, 1 – Bakı Olimpiya Stadionunda, 1 – “Dalğa” yığma komandasının bazasında);

2) Ölkəmizin reklamı. Bildiyiniz kimi, 16 gün ərzində oyunlar dünya üzrə yayımlanan “Avrosport 1” və “Avrosport 2” kanallarında yayımlandı;

3) İllər ötəcək və stadionlarımızda oynayan bu gənclər dünya ulduzlarına çevriləcək. Bu, məhz o çempionatdır ki, burada ulduzlar doğulur;

4) Ölkənin futbol infrastrukturunun istifadə olunması. Oyunlar Bakı Olimpiya Stadionunda, “Baksel Arena”, “Azersun Arena” və “Dalğa Arena” stadionlarında keçirildi. Yeri gəlmişkən, təbii meydanlarımız bizi nə stadionlarda, nə də məşqlər zamanı pis vəziyyətə qoymadı;

5)  Təşkilat Komitəsi, könüllülər, stüartlar, eləcə də Avropa Çempionatına cəlb edilən hər kəs əvəzolunmaz təcrübə qazandı; 

6) UEFA nümayəndələri bir daha bizim iri futbol tədbirlərinin keçirilməsinə hazır olduğumuzun, eləcə də Euro-2020-yə hazırlığımızın şahidi oldular;

7) Komandamızın final mərhələsində əldə etdiyi təcrübə;

8) UEFA tərəfindən Avropa Çempionatının təşkil olunması üçün xaricdən maliyyə dəstəyinin cəlb olunması;

9) Bir sıra hakimlərimizin oyunlara gələrək matç izləmək və onların fəndlərindən bəhrələnmək imkanı əldə etdi;

10) 10-cu bənddəki mirasla bağlı təəssüratları oxucuların ixtiyarına buraxırıq. Hər bir oxucu çempioantla bağlı [email protected]  elektron ünvanına göndərsin. Ən yaxşı variantın sahibi AFFA-nın mükafatına layiq görüləcək. 

Fürsətdən istifadə edərək AFFA adından təşkilati işdə yardımçı olan hər kəsə təşəkkür etmək istərdim. Cənab Prezident tədbirimizi müvafiq fərmanla dəstək göstərdi və bu fərmana uyğun olaraq dövlət qurumları üç ay müddətində bizimlə əməkdaşlıq etdi.

Hər kəsə minnətdarıq. Həmçinin 16 gün ərzində bizimlə olan könüllülərə də təşəkkürümü bildirirəm”.

 

Baxılıb: 609

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close