10:30, 20.2.2017 MÜXTƏLIF

Cüdoçularımız Avropa Kubokunda birinci oldular – FOTO

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna yekun vurulub.

Sportbox.az-ın məlumatına görə, yarışın sonuncu günü də milli komandamız üçün uğurlu olub. Belə ki, cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

Ölkəmizi təmsil edən Məhəmməd Abdullayev (90 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Digər idmançımız Adil Kərimli (90 kq) yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medallarına sahib olublar. Knyaz Mahmudlu (66 kq) gümüş, Nazir Talıbov isə Avropa kubokunun bürünc medalına yiyələniblər.

Bununla da, 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.

Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunub.

Sportbox.az

 

Baxılıb: 373

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close