14:58, 3.2.2017 MÜXTƏLIF

Buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək

Fevralın 4-5-də Qusar rayonunda buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək.

Sportbox.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, çempionat ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək, beynəlxalq yarışlarda iştirak edəcək yığma komandanın formalaşması məqsədi daşıyır.

Yarış çətinlik və sürət növü üzrə Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının qaydalarına əsasən keçiriləcək. Buzadırmanma yarışının qaydalarına əsasən, qalib şəxsi hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.

Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr, kubok, medallar və müvafiq diplomlarla mükafatlandırılacaqlar.

Sportbox.az

 

Baxılıb: 284

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close