10:17, 26.1.2017 MÜXTƏLIF

Useyn Boltun Olimpiya medalı əlindən alındı

Yamaykalı atlet Useyn Boltun Olimpiya medalı əlindən alınıb.

Sportbox.az-ın məlumatına görə, sprinterin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4x100 metr yarışında qazandığı qızıl medal onun komanda yoldaşının dopinq testinin nəticələrinin müsbət çıxması ilə əlaqədar əlindən alınıb.

Testlər nəticəsində Pekin Olimpiadasında U.Boltun komanda yoldaşı Nesta Karterin qadağan olunan preparatlardan istifadə etdiyi müəyyənləşib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi həmin yarışda çıxış edən dörd idmançının hamısının - U.Bolt və N.Karterlə birlikdə Asafa Pauellin və Maykl Fraterin də medallarının alınması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu qərarla U.Boltun olimpiadalarda qazandığı qızıl medalın sayı 9-dan 8-ə düşüb. Bundan əlavə 2008-ci, 2012-ci və 2016-cı illərdə keçirilən olimpiadalarda 100, 200 və 4x100 metr yarışlarında ardıcıl üç medal qazanaraq tarixə düşən U.Boltun bu göstəricisi də qüvvədən düşüb.

Sportbox.az

Baxılıb: 277

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close