17:26, 27.12.2016 MÜXTƏLIF

Azad Rəhimov: Yola saldığımız ildə Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə 837 medal qazanıblar

Bu gün Gənclər və İdman Nazirliyində Azad Rəhimovun sədrliyi ilə 2016-ci ilin idman yekunları ilə əlaqədar mətbuat konfransı keçirilib.

Sportbox.az-ın verdiyi xəbərə görə, nazir hesabatı ictimaiyyətin nəzərinə çatdırıb.          

“Yola saldığımız ildə Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür. 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub.

İl ərzində ölkəmizdə 203 respublika, 52 beynəlxalq yarış keçirilib. Həmçinin yığma komandalarımız 198 beynəlxalq yarışda mübarizə aparıb. İdmanın müxtəlif növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak edib.

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərə görə iki nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Həmçinin 18 nəfər “Tərəqqi” medalına, 16 nəfər isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb. XV Yay Paralimpiya Oyunlarının nəticələrinə görə, iki nəfər "Şöhrət” ordeni, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, səkkiz nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, doqquz nəfər “Tərəqqi” medalı, bir nəfər isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib”.

Nazir vurğulayıb ki, cari ildə idmanın müxtəlif növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib:

“Altı nəfər ali, 80 nəfər birinci, 4 nəfər ikinci kateqoriya alıb. Otuz beş nəfərə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 49 nəfərə “Əməkdar Məşqçi”, 23 nəfərə “Əməkdar İdman Ustası”, 10 nəfərə “Respublika dərəcəli hakim” fəxri adları verilib. Bundan başqa, 156 nəfər idman ustası normasını yerinə yetirib”.

Gənclər sahəsində əldə olunan uğurlara da toxunan nazir bildirib:

“İl ərzində Azərbaycanda gənclər sahəsi üzrə 120 yerli, 30 beynəlxalq tədbir təşkil olunub. Həmçinin 228 gənc xarici ölkələrə ezam olunub, 790 nəfər isə Azərbaycanda qəbul edilib. Ölkəmizdə Gənclər evlərinin sayı artıq 39-a çatıb. Azərbaycanda gənclərin inkişafı, onlarının ideya və layihələrinin gerçəkləşməsi, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb”.

A.Rəhimov gələn il təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin plana uyğun getdiyini diqqətə çatdırıb:

“Yarışın təşkilində əsasən yerli mütəxəssislərin əməyindən istifadə olunur. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda keçiriləcək. Yarışa 4 min idmançı və 2 min nəfərlik nümayəndə və texniki heyət qatılacaq. İlk Avropa Oyunlarında olduğu kimi, idmançılar və nümayəndə heyətləri Atletlər Kəndində yerləşdiriləcək.

Gələn ilin əvvəlində Azərbaycanda Anti-dopinq Agentliyinin fəaliyyətə başlayacağını diqqətə çatdıran nazir qurumun tərkibində üç komissiyanın fəaliyyət göstərəcəyini vurğulayıb:

“Anti-dopinq Agentliyini yaratdıq. İslam oyunları ərəfəsində 400 sınaq-dopinq götürməyi planlaşdırıq. Oyunlar çərçivəsində isə daha 400-nü götürəcəyik. Agentliyimiz tamamilə müstəqildir və heç bir orqan onun fəaliyyətinə mane ola bilməz. Şəfəq Hacıyev agentliyə rəhbərlik edir”.

Nazir bir-birini təkrarlayan federasiyaların konsalidasiyasına da münasibət bildirib:

“Federasiyalar – ictimai qurumlardır. Və nazirlik onları məcburi surətdə bağlaya bilməz. Hazırda ölkəmizdə 16 federsiya fəaliyyət göstərir. Bunlardan da birbaşa və dolayısıyla karate ilə əlaqədardır. Karate – olimpiya idman növü seçilib. Yaxşı olardı ki, bu federasiyalar öz səylərini birləşdirərək ölkəmizi Tokioda keçiriləcək olimpiya oyunlarında layiqincə təmsil etsinlər”.

Sportbox.az

Baxılıb: 228

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close