14:42, 7.12.2016 MÜXTƏLIF

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.

Sportbox.az xəbər verir ki, bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib.

Buenos-Ayres Olimpiadasının proqramına karate ilə yanaşı, idman rəqsləri və dağadırmanma növləri də daxil ediləcək.

Yeniyetmələrin qarşıdakı Olimpiya Oyunlarının proqramında karate yarışları oğlan və qızların hər birində 3 çəki dərəcəsində, eləcə də kata çıxışları üzrə keçiriləcək.

Argentinanın paytaxtında təşkil ediləcək nəhəng idman turniri 2018-ci il oktyabrın 1-dən 12-dək keçiriləcək. Beləliklə, yeniyetmə karateçilər böyüklərdən əvvəl Olimpiya Oyunlarının iştirakçısı olacaqlar.

Sportbox.az

Baxılıb: 600

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close