17:08, 26.1.2015 MÜXTƏLIF

Karateçilərimiz nüfuzlu turnirdən bürünc medallarla dönürlər

Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının ən nüfuzlu Premyer Liqa turniri “Open De Paris”-dən bürünc medallarla dönürlər.

Sportbox.az-ın məlumatına görə, əsas hədəfi Bakı 2015 Avropa Oyunları olan milli komandamızın üzvlərindən Şahin Atamov (+84 kq) və Tural Ağalarzadə (-67 kq) kiçik dünya çempionatı sayılan Premyer Liqa turnirində 3-cü yeri tutublar.

Öz çəki dərəcələrində favoritlərdən olan bir çox idmançılarımız kimi Rafael Ağayev (-75 kq) və Rafiz Həsənov (-67 kq) isə son anda ciddi hakim haqsızlığı ilə üzləşdiyindən mükafatçılar arasına düşə bilməyiblər.

Qeyd edək ki, 46 ölkədən 929 idmançının qatıldığı Premyer Liqanın yekun nəticəsinə əsasən, Azərbaycan medal qazana bilən 23 ölkə arasında 17-ci olub. İlk üçlükdə isə Fransa, Misir və Yaponiya yer alıb.

Milli komandamızın növbəti beynəlxalq yarışı fevralın ortalarında Hollandiyada Premyer liqa turniri olacaq.

Babək Cahandarov

 

Baxılıb: 273

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close