14:36, 3.5.2016 GIMNASTIKA

Gənc gimnastlarımız Budapeşt Kubokunda 8 medal qazandılar

30 aprel - 1 may tarixlərində Macarıstanda idman gimnastikası üzrə gənclər arasında 2-ci beynəlxalq Budapeşt Kuboku keçirilib.

Sportbox.az-ın məlumatına görə, bu turnirdə Azərbaycanı gənc gimnastlar - Murad Ağarzayev, Timur Bayramov, Ağamurad Qəhrəmanov, Sergiy Onbış, Cavidan Babayev, Səməd Məmmədli və Mənsum Səfərov təmsil ediblər.

1-ci yaş qrupunda (1998-1999) çıxış edən M.Ağarzayev sərbəst hərəkətlər və dayaqlı tullanma üzrə finallarda müvafiq olaraq gümüş və bürünc medal qazanıb. Çoxnövçülükdə 8-ci yerdə qərarlaşan Murad, turnik üzərində hərəkətlərin finalında 4-cü, halqalarda isə 5-ci oldu. Elə həmin yaş qrupunda beynəlxalq arenada debüt çıxışını nümayiş etdirən digər gimnast T.Bayramov turnik (5-ci yer), halqalar (6-cı yer) və dayaqlı tullanma (8-ci yer) üzrə finallarda iştirak etdi.

S.Onbış, C.Babayev və A.Qəhrəmanov ikinci yaş qrupunda (2000-2001) çıxış ediblər. Dayaqlı tullanma üzrə final çıxışı Sergiyə “qızıl” medal gətirib, parallel qollar üzərində çıxışından sonra isə o, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bu yaş qrupunda onun komanda yoldaşları – beynəlxalq arenada ilk dəfə çıxış edən C.Babayev halqalar üzərində finalda 4-cü mövqedə qərarlaşıb, A.Qəhrəmanov isə sərbəst hərəkətlərdə 4-cü yeri Böyük Britaniyadan olan gimnastla bölüşüb və dayaqlı tullanma üzrə çıxışında 5-ci olub.

Gənclərin ən kiçik, üçüncü yaş qurupunda (2002-2003) çıxış edən S.Məmmədli bir dəst medalla kifayətlənməyib (sərbəst hərəkətlər - “qızıl”, gimnastika atı - “gümüş”, çoxnövçülük - “bürünc”). Parallel qollar üzərində çıxışı isə ona ikinci gümüş medalı qazandırıb. Bu alət üzərində hərəkətlərdə beynəlxalq yarış meydançasına ilk dəfə qədəm qoyan M.Səfərov isə Almaniyanı təmsil edən gimnastla 4-cü yeri paylaşıb.

Qeyd edək ki, qarşıda, gənc gimnastlarımızı idman gimnastikası üzrə Avropa çempionatı (Bern, İsveçrə - 25-29 may) gözləyir. Burada Azərbaycan ilk dəfə olaraq komanda hesabı yarışlarda çıxış edəcək.

Sportbox.az

 

Baxılıb: 511

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close