17:35, 19.10.2015 GIMNASTIKA

Gimnastlarımız Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi oldular

Bolqarıstanın Plovdiv şəhərində keçirilən gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Sportbox.az-ın məlumatına görə, yarışda ölkəmizi “Ocaq” idman klubunun gənc gimnastları təmsil edib.

Yarış komandamız üçün uğurlu alınıb. Belə ki, Ülkər Hüseynova, Fatimə Əkbərova, Güllü Ağalarzadə, Məryəm Səfərova, Narın Qurbanovadan ibarət yeniyetmə proqramı ilə çıxış edən qrup hərəkətləri komandası 15 qrup arasında turnirin qalibi olub.

Fərdi gimnastlarımız da yarışı medalla başa vurublar. Plovdiv Universitetinin idman zalında təşkil olunan turnirdə ikinci və üçüncü “qızılı” balacalar kateqoriyasına daxil olan Nərmin Bayramova (2005-ci il təvəllüdlü) qazanıb. O, çoxnövçülükdə və topla hərəkətlərdə 1-ci yerə layiq görülüb.

Bu yaş qrupunda Kamilla Əliyeva (2006-cı il) da fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, alətsiz çıxışa görə ikinci olub. Ən gənc təmsilçimiz Alina Məmmədova (2007-ci il) isə çoxnövçülükdə 9-cu yerlə kifayətlənib.

Yuxarı yaş qrupuna gəlincə, halqa ilə 1-ci yerə, həm fərdi çıxışda, həm də qrup komandasının tərkibində uğurla öz gücünü sınayan Narın Qurbanova (2003-cü il) layiq görülüb. Alətsiz çıxış isə Fəridə Şəfiyarzadəyə (2004-cü il) bürünc medal gətirib.

Gənc kateqoriyaya daxil olan gimnast Zöhrə Ağamirova (2001-ci il) ip və halqa ilə hərəkətlərə görə 2 gümüş medal əldə edib. Onun yaşıdı Ayna Cəfərova isə topla çıxışından sonra altıncı olub.

“Ocaq” klubunun təmsilçiləri “Ən yüksək artistlik bacarığı” nominasiyasında uğura yiyələnib. Bu mükafat yarışların təşkilatçıları tərəfindən Eleonora Yusifovaya (2004-cü il) təqdim olunub.

Sportbox.az

 

Baxılıb: 415

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close