21:52, 12.10.2015 GIMNASTIKA

Gimnastlarımız Dünya kubokunda 4-cü yeri tutdular

Fransanın şimal-qərb hissəsində yerləşən kiçik Muyron-le-Kaptif şəhərində batut və tamblinq üzrə Dünya Kuboku başa çatdı.

Sportbox.az-ın Azərbaycan gimnastika federasiyasına istinadən verdiyi məlumata görə, 25 ölkəni təmsil edən idmançılar “Vendéspace” idman-konsert kompleksində iki gün davam edən yarışlarda iştirak etdi.

Kubokda, Azərbaycan həm kişi, həm də qadınlar arasında batut gimnastikası üzrə yarışlarda fərdi və sinxron çıxışlarda təmsil olundu.

Ən yaxşı nəticəni Svetlana Makştarova və Sabina Zaytsevadan ibarət sinxron cütlük göstərdi.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, cütlük finala vəsiqə qazanaraq, 4-cü yerdə qərarlaşdı.

Xatırladaq ki, noyabr ayındakı Dünya Çempionatı öncəsi (Odense, Danimarka, 26-29 noyabr), batutçularımızı 30-31 oktyabr tarixlərində Portuqaliyanın Lole şəhərində keçiriləcək ilin sonuncu Dünya Kuboku mərhələsi gözləyir.

Baxılıb: 411

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close