10:22, 11.4.2017 FORMULA 1

Olimpiya Oyunlarına ilk lisenziya ağır atletika yığmasından gəldi

Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Sportbox.az-a verilən məlumata görə, böyük nüfuza malik, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi birincilik gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Belə ki, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən Olimpiya lisenziyası qazanmaq şansı yaranıb. Azərbaycan bu şansdan yetərincə yararlana bilib.

Hər ölkə maksimum 2 lisenziya əldə etmək üçün müəyyən xal ehtiyatına malik olmalı idi. Dünya birinciliyində hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal...və nəhayət, 25-ci yer 1 xal. Yarışda bütün çəki dərəcələri üzrə mübarizə bitdikdən sonra xal ehtiyatı ən çox olan 7 ölkə 2, sonrakı 10 ölkə isə 1 komanda lisenziyası əldə edə bilirdi. Əlavə edək ki, xal hesabı ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılırdı.

Dünya birinciliyində iştirak edən Azərbaycan yığması da Tailanda məhz lisenziya dalınca yollanmışdı. Sevindiricidir ki, komandamız bu işin öhdəsindən gələ bildi. Yeniyetmə atletlərimizin tutduğu yer və qazandırdıqları xal siyahısı belə idi:

N

Adı

Çəki

Yer

Xal

 

İsmayıl Məmmədov

56 kq

16

10

 

Elməddin Hüseynov

56 kq

8

18

 

Elvin Abdullayev

62 kq

25

1

 

Füqan Əliyev

62 kq

7

19

 

Mayıl Şükürlü

77 kq

15

11

 

Tarmenxan Babayev

77 kq

10

16

 

Ümidvar Bayramlı

94 kq

10

16

 

Həsənbəy Həsənzadə

+94 kq

17

9

Azərbaycan yığmasına ən çox qazandıran 6 atletin ümumi xalı 90 oldu. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutdu və Yeniyetmələrin Olimpiya Oyunlarına 1 lisenziya qazanmış oldu.

Yeniyetmələrdən ibarət yığma komandamızın əldə etdiyi bu nəticə çox sevindiricidir. İlk növbədə qeyd olunmalıdır ki, lisenziya 2001-02 təvəllüdlü yeniyetmələrimiz tərəfindən qazanılıb. Baxmayaraq ki, gələn il Oyunlarda 2000-ci il təvəllüdlü atletlər də mübarizə apara biləcək. Bu, özündən bir yaş böyüklərlə yarışda uğur qazanan yeni nəslin böyük perspektivə malik olmasından xəbər verir.

Bununla yanaşı, yeniyetmələrimizin ağır atletikanın milli idman növü səviyyəsində olan Ermənistanı qabaqlaması xüsusi vurğulanmalıdır. Eyni zamanda Ukrayna, Gürcüstan, Şimali Koreya, Rumıniya və başqa bu kimi güclü ölkələri arxada qoymağımız da qeyd olunmalıdır.

Tailanddakı yarışda medal qazanıb, lisenziya əldə edə bilməyən ölkələrin olması yığma komanda olaraq seçilən taktikanın düzgün olduğundan dəlalət edir. Azərbaycan ağır atletika yığması tarixində ilk dəfə dünya birinciliyində topladığı xal hesabına Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazandı. Buna qədər yalnız Avropa birinciliyindən bu şansa malik olmuşduq.

Və ən əsası, qazanılan bu lisenziya Azərbaycanda bütün növlər üzrə Yeniyetmələrin Buenos-Ayresdə keçiriləcək Olimpiya Oyunlarına qazanılan ilk lisenziyadır! Bu şərəfə məhz ağır atletlərin nail olması bizi çox sevindirir.

Əlavə edək ki, Azərbaycan yığması gələn il qitə birinciliyində komanda hesabında ilk 4 yerdən birini tutmaqla daha bir lisenziyaya sahib çıxa bilər.

Son olaraq, yeniyetmə ağır atletlərdən ibarət milli komandamızın hər bir üzvü, məşqçilər, texniki heyət, rəhbərliyimizi bu uğur münasibətilə təbrik edir, qələbələrimizin davamlı olmasını arzulayırıq.

Sportbox.az

 

Baxılıb: 573

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close