12:56, 6.3.2017 VELOSPORT

Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü seçildi

Belçikanın paytaxtı Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası öz işini başa vurub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Sportbox.az-a verilən məlumata görə, quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər də keçirilib.

Seçkilərdən öncə qurumun son 4 ildəki fəaliyyəti haqda məruzə ilə çıxış edən Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien şosse velosipedinin elit kateqoriyasında qitə çempionatının təşkilinə başlanılmasını ən vacib addımlardan biri kimi dəyərləndirib. O, Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.

D.Lappartienin Assambleya üzvlərinin dəstəyini alaraq növbəti 4 il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilməsindən sonra əsas diqqətlər UEC-nin Rəhbər Komitəsinin üzvlərinin müəyyənləşməsinə yönəlib. 6 nəfərdən ibarət olan Rəhbər Komitəyə seçilmək üçün 12 nəfərin namizədləyi irəli sürülüb ki, onların arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da var idi.

Səsvermənin nəticələrinə əsasən Rəhbər Komitəyə 12 namizəd arasından seçilən 6 nəfərdən biri də AzVİF-in vitse-prezidenti S.Ələkbərov olub. Azərbaycanda son illər ərzində dövlət qayğısı hesabına velosiped idman növünün inkişafı istiqamətində atılan addımlar, nüfuzlu “Tour d'Azerbaidjan” veloyürüşünün təşkili, 2018-ci ildə ölkəmizin BMX velosiped növü üzrə dünya çempionatına ev sahibliyi edəcəyi, “Synergy Baku” komandasının 2016-cı ili dünyanın 176 kontinental klubu arasında reytinq sıralanmasında 4-cü yerdə başa vurması bu seçimdə önəmli rol oynayıb.

Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.

Baş Assambleya zamanı AzVİF-in baş katibi Fərhad Əliyevə də etimad göstərilib. O, 50 ölkəni təmsil edən 26 namizəd arasından seçilmiş 15 nəfər sırasına düşməklə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bu ilin sentyabrında keçiriləcək konqresinə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi qatılmaqla prezident və Rəhbər Komitənin səsvermə prosesində qurumu təmsil edəcək.

Sportbox.az

 

Baxılıb: 419

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close