9:21, 27.7.2016 VELOSPORT

Oman Velosiped Federasiyasının prezidenti AzVİF-in qonağı olub – FOTO

Ölkəmizə səfər edən Oman Velosiped Federasiyasının prezidenti Saif Subba Əl Rəşidi Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) olub.

Ölkəmizə səfər edən Oman Velosiped Federasiyasının prezidenti Saif Subba Əl Rəşidi Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) olub.

Sportbox.az-ın məlumatına görə, qonağı federasiyanın inzibati binasının yerləşdiyi Respublika Velotreki və Azərbaycan velosiped idmanının tarixini özündə əks etdirən muzeylə tanış edən AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov ona ölkəmizdə bu idman növünün inkişaf yolu haqda ətraflı məlumat verib.

S.Ələkbərov bildirib ki, idmanın bütün növlərinə olduğu kimi, velosiped idmanına da göstərilən dövlət qayğısı nəticəsində idmançılarımızın son illər ərzində ustalıq səviyyəsi xeyli artıb və əldə edilən nəticələr yüksələn xətt üzrə inkişaf edir.

Federasiya rəsmisi sözlərinə sübut kimi, müstəqillik illərində ilk dəfə olaraq velosipedçilərimizin Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmasını, “Synergy Baku” kontinental komandamzın planetin müxtəlif ölkələrində uğurlu nəticələr qazanmasını, lazımi infrastrukturun yaradılmasını göstərib.

Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etdiyini deyən S.Ələkbərov 2018-ci ildə paytaxtımızda BMX idman növü üzrə dünya çempionatının keçirilməsinin planlaşdırıldığını da bildirib.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Oman Velosiped Federasiyasının prezidenti Saif Subba Əl Rəşidi səmimi qəbula görə təşəkkürünü bildirib. O, hər 2 ölkənin velosiped federasiyaları arasında əməkdaşlıqda maraqlı olduğunu söyləyib və bir çox məsələlərdə, xüsusən yarışların təşkilində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətində olduğunu deyib.

Görüşün sonunda qonağa AzVİF adından xatirə hədiyyələri təqdim edilib.

Sportbox.az

 

Baxılıb: 665

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close