17:52, 27.10.2014 VELOSPORT

Açıq Bakı Kriterium yarışlarının qalibləri məlum oldu – FOTO

Veloparkda keçirilən Açıq Bakı Kriterium yarışına yekun vurulub.

Sportbox.az-ın Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən verdiyi xəbərə görə, bununla da 3 mərhələnin yekununa əsasən yarışın qalibləri müəyyənləşib.

Sonuncu - 3-cü mərhələdə mübarizə daha gərgin alınıb. 15 yaşadək yeniyetmələr arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi İvan Orlov bütün rəqiblərindən daha yaxşı çıxış edib.

U-17 yaş qrupunda isə 8 saylı İdman Olimpiya Mərkəzinin velosipedçisi Mikayıl Səfərli ən yüksək nəticə göstərib.

Gənclər, U-23 və Elit yaş qrupunda isə “Synergy Baku” komandasının üzvü Aqşin İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

3 mərhələnin yekununa əsasən, U-15 yaş kateqoriyasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin nümayəndəsi Qadir Mustafayev Açıq Bakı Kriterium yarışının qalibi olub. Həm 17 yaşlılar, həm də gənclər, U-23 və Elit yaş qrupunda isə 8 saylı İdman Olimpiya Mərkəzinin üzvləri Mikayıl Səfərli ilə Elgün Əlizadə birincilik qazanıblar.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Babək Cahandarov

 

Baxılıb: 396

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close