18:07, 16.9.2014 VELOSPORT

Azərbaycan velosipedçisi İtaliyada Qran-pri yarışının mükafatçısı oldu – FOTO

İtaliyada birgünlük “Valli Del Natisone” Qran-pri yarışı keçirilib.

Sportbox.az-ın məlumatına görə, Azərbaycanın şose velosipedi üzrə gənclərdən ibarət yığma komandası sözügedən turnirdə uğurla çıxış edib.

Belə ki, 120 km-dən ibarət marşrutu ilk üçlükdə başa vuranlar arasında gənclər yığmamızın üzvü Elgün Əlizadə də var - o, məsafəni 2 saat, 47 dəqiqə, 40 saniyəyə qət edib və yarışın qalibi ilə eyni nəticəyə imza atmaqla fotofinişə əsasən 3-cü yeri tutub.

Ümumilikdə isə yürüşdə qitənin 10-dan artıq ölkəsinin 111 gənc velosipedçisi çıxış edib.

Qeyd edək ki, bu il olduqca stabil çıxış edən E.Əlizadə iyulda İsveçrədə keçirilən Avropa çempionatında 12-ci yer tutmaqla Azərbaycan velosiped idmanı tarixində hələ ki ən yüksək nəticəyə imza atıb və bununla da mütəxəssislərin diqqətini özünə cəlb edib.

Bundan başqa, bu yaxınlarda Xızıda keçirilən cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatının qalibi olan velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq.

Babək Cahandarov

 

Baxılıb: 526

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close