10:51, 1.11.2016 ŞAHMAT

Şahmatçılarımızın yeni reytinq siyahısı açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Sportbox.az-ın məlumatına görə, noyabr ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə 6 şahmatçımız yer alıb.

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Lakin qrossmeysterimiz ötən ayla müqayisədə 3 pillə geriləyib. O, 2762 reytinq xalına malikdi.

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2696) da mövqeyini əldən verib. 14 reytinq xalı itirən təmsilçimiz 8 pillə geriləyərək, 44-cü yerə enib.

Şəhriyar və Teymurdan fərqli, Rauf Məmmədov (2684) və milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2686) yerlərini yaxşılaşdırıblar. Birinci 6 pillə irəliləməklə 57-ci pilləyə qalxıbsa, Latviya əsilli şahmatçımız 3 rəqibini qabaqlamaqla 55-ci yerə qalxıb.

Komandamızın digər üzvü - Eltac Səfərli (2694) isə mövqeyini qoruyub. Həmyerlimiz yenə 46-cıdı.

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2853) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2823) ikinci olduğu cədvəldə Maksim Vaşye-Laqrav (Fransa, 2811) “üçlüyü” qapayır.

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçilərindən yalnız Günay Məmmədzadə yer alıb. 2371 reytinq xalına malik şahmatçı 94-cü yerdədi. Bu siyahıya isə çinli Yifan Hou (2635) başçılıq edir.

 

Sportbox.az

 

Baxılıb: 347

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close