12:46, 7.9.2016 ŞAHMAT

Bakı Şahmat Olimpiadasında beşinci turun oyunları keçirilib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası oyunları davam edir.

Sportbox.az xəbər verir ki, Olimpiadanın beşinci günündə kişilərdən ibarət Azərbaycanın əsas komandası güclü Hindistan yığması ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. İkinci komandamız isə Türkmənistan millisi üzərində 4:0 hesablı təmiz qələbə qazanıb. Azərbaycanın üçüncü komandası isə Zimbabve yığması ilə görüşdə 1,5:2,5 hesabı ilə məğlub olub.

Qadınlardan ibarət əsas yığma komandamız Almaniya yığması üzərində 3:1 hesablı qələbə qazanıb. İkinci millimizin üzvləri ispaniyalı rəqiblərinin müqavimətini qıra bilməyiblər - 2:2. Üçüncü komandamız isə Özbəkistan komandasına 3:1 hesabı ilə məğlub olub.

Kişilərin mübarizəsində Hollandiya, Ukrayna və Hindistan 10 xalla ilk üç yeri bölüşür. Hesablarında 9 xal olan Çexiya, ABŞ, Gürcüstan milliləri 4-6-cı yerlərdə qərarlaşıb. Azərbaycanın birinci komandası 8 xalla doqquzuncu sıradadır.

Qadınların yarışında isə turnir cədvəlinə 10 xalla Rusiya və Ukrayna milliləri başçılıq edir. Hər birinin aktivində 9 xal olan Rumıniya, Çin və Azərbaycanın birinci komandası 3-5-ci yerləri bölüşür.

Sportbox.az

 

 

Baxılıb: 309

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close