14:26, 2.9.2016 ŞAHMAT

Bakı Şahmat Olimpiadası başlayır: Rəqiblərimiz məlum oldu

Məlum olduğu kimi, bu gün Bakıda Ümumdünya Şahmat Olimpiadasına start veriləcək.

Sportbox.az-ın məlumatına görə, yarışda 180 kişi, 141 qadın komandası qalib adı uğrunda yarışacaqlar.

Azərbaycan Olimpiadada ilk dəfə 6 yığma ilə mübarizə aparacaq. Həm kişilərin, həm də qadınların yarışında 3 komandamız zəkasını yoxlayacaq.

Artıq Olimpiadanın ilk turunun püşkü də atılıb.

Püşkatmanın nəticəsinə görə, ölkəmizin kişilərdən ibarət əsas yığması Zimbabve ilə üz-üzə gələcək.

Püşk Azərbaycan-2-yə Mozambiki, Azərbaycan-3-ə Papua Yeni Qvineyanı qismət edib.

Qadınlardan ibarət Azərbaycan-1 komandası isə start matçını Nikaraquaya qarşı keçirəcək. Azərbaycan-2-nin rəqibi Yaponiya olacağı halda, Azərbaycan-3 Lesoto ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk tur bu gün saat 15:00-da başlayacaq.

 

Olimpiada-2016

I tur

Kişilər

 

Azərbaycan-1 (2705) – Zimbabve (2256)

Şəhriyar Məmmədyarov (2761) – Rodvell Makato (2405)

Teymur Rəcəbov (2722) – Mandija Faray (2363)

Arkadi Naydiç (2696) – Spenser Masanqo (2200)

Eltac Səfərli (2688) – Emarald Muşore (2187)

 

Azərbaycan-2 (2576) – Mozambik (2138)

Vasif Durarbəyli (2612) – Mateus Alis (2164)

Nicat Abasov (2552) – Vilton Kalikoca (2190)

Qədir Hüseynov (2625) – İlidio Çunquan (2034)

Namiq Quliyev (2577) – Donaldo Payva (2164)

 

Papua Yeni Qvineya (1944) - Azərbaycan-3 (2350)

Stuart Fans (1995) – Vüqar Əsədli (2406)

Helmut Marko (1939) – Nail Bəşirli (2387)

Amin Kabilov (0) – Məhəmməd Muradlı (2331)

Kraiq Skehan (0) – Pərviz Qasımov (2323)

 

Qadınlar

Nikaraqua (1808) – Azərbaycan-1 (2320)

Katya Mendieta (1943) – Zeynəb Məmmədyarova (2295)

Mariya Qranados Diaz (1831) – Gülnar Məmmədova (2304)

Pameya Alarson (1834) – Aydan Höccətova (2339)

Mariya Moraqa (1732) – Nərmin Kazımova (2302)

 

Yaponiya (1718) – Azərbaycan-2 (2248)

Mirai İşizuka (1778) – Türkan Məmmədyarova (2304)

Karen Hoşino (1802) – Xəyalə Abdulla (2214)

Azumi Sakai (1703) – Ülviyyə Fətəliyeva (2234)

Musaki Şibata (1638) – Nərgiz Umudova (2247)

 

Lesato (1251) – Azərbaycan-3 (2016)

Maboloko Leboela (1406) – Nərmin Məmmədova (2230)

Tiisetso Hatane (0) – Xanım Balacayeva (2147)

Nqatan Lyeketsenq (0) – Gövhər Beydullayeva (1994)

Makferson Naleli (1259) – Aynur Katanova (1784)

 

Sportbox.az

 

Baxılıb: 332

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close