13:16, 24.5.2016 ŞAHMAT

Olimpiadaya hazırlaşan şahmat millimiz 3 təlim-məşq toplanışında iştirak edəcək

Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin üzvləri və məşqçilərlə görüş keçirilib.

Sportbox.az-ın məlumatına görə, toplantıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramı müzakirə edilib və şahmatçıların fikirləri öyrənilib.

İclasda iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov şahmatçıların hazırlığı üçün lazımi şəraitin yaradılacağını söyləyib. O, mötəbər yarışda ölkəmizi təmsil edəcək bütün komandalar üçün təlim-məşq planının hazırlandığını bildirib. 

Məmmədov vurğulayıb ki, Ümumdünya Şahmat Olimpiadasında kişi şahmatçılardan ibarət Azərbaycan yığmasına böyük ümid bəslənilir. Buna görə də şahmatçıların olimpiadaya yüksək səviyyədə hazırlaşması üçün proqram tərtib edilib.  

Azərbaycanın əsas yığma komandası Bakı Şahmat Olimpiadasına qədər 3 təlim-məşq toplanışında iştirak edəcək. Hazırlığın ilk mərhələsi Qəbələdə baş tutacaq.

İclasda həmçinin əsas yığma komandanın yoldaşlıq görüşü keçirməsi üçün Bakıya xarici komandaların dəvət olunması müzakirə edilib. 

Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi Bakı Şahmat Olimpiadasında 3 kişi və 3 qadın yığmasıyla təmsil olunacaq.

Sportbox.az

 

Baxılıb: 435

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close