9:50, 16.3.2017 Çempionlar Liqası

«Monako» və «Atletiko» 1/4 finalda – VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sportbox.az-ın məlumatına görə, keçirilən iki cavab oyunu ilə 1/4 final mərhələsinin sonuncu iştirakçıları da bəlli olub.

“Monako” Fransada “Mançester Siti”ni qəbul edib. İngiltərədə keçirilən görüşdə 5:3 hesablı qələbə qazanan “şəhərlilər” səfərdə bu üstünlüyünü qorumağa çalışıb. Lakin inamlı oyunu ilə seçilən “Monako” 3:1 hesablı qələbə qazanıb. Ümumi nəticə 6:6 olsa da, səfərdə daha çox qol vuran Fransa təmsilçisi 1/4 finala adlayıb.

Digər görüşdə isə “Atletiko” “Bayer Leverkuzen”i qəbul edib. Görüşdə hesab açılmayıb. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu adını 1/4 finala yazdırıb. 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iştirakçıları “Lester”, “Yuventus”, “Real”, “Barselona”, “Borussiya” (Dortmund) və “Bavariya”dır. Bu mərhələnin püşkü martın 17-də atılacaq.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

15 mart

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) - 0:0

İlk oyun - 4:2

“Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 3:1

Qollar: Mbappe, 8, Fabinyo, 29, Bakayako, 77 - Sane, 71

İlk oyun – 3:5

Sportbox.az

Baxılıb: 277

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close