15:37, 6.4.2017 Azərbaycan futbolu

«Neftçi» Elxan Abdullayevlə bağlı qərarını açıqladı

“Neftçi” futbol klubu bəyanat yayıb.

Sportbox.az-ın məlumatına görə, bəyanatda son günlər klub ətrafında yaranan vəziyyətə aydınlıq gətirilib.

Bildirilir ki, 2016/2017-ci illər mövsümünün qış fasiləsində “Neftçi” PFK-nın heyətində köklü dəyişikliklər edilib və komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir: “Bu səbəbdən cari mövsümün sonunda əsas komandanın məşqçilər korpusu ilə müqavilə müddəti daha 1 il uzadılacaq. “Neftçi” PFK olaraq əsas komandanın məşqçilər korpusunun fəaliyyətinə tam dəstək verir və onlara güvəndiyimizi bildiririk”.

Son günlər müəyyən qüvvələr tərəfindən ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdləri aşkar hiss olunmaqdadı: “Bəzi KİV-də komandanın qələbə qazandığı oyunlara belə kölgə salacaq açıqlamalara rast gəlinir. Bununla belə biz aparıcı media qurumlarının fəaliyyətini müsbət qiymətləndirir və onların məsələlərə obyektiv yanaşacağına inanırıq.

Təəssüf ki, mediada ictimai rəyi yanlış yönləndirmək cəhdləri bəzi azarkeş qruplarının fəaliyyətində də sezilir. Komanda qələbə qazanarkən hər cür dəstəyə hazır olduqlarını bildirən bir qrup azarkeş ilk məğlubiyyətdə komanda üzvlərinin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. “Neftçi” PFK olaraq bəyan edirik ki, stadionlarda hər növ zorakılığa və təhqirə qarşıyıq. Bununla belə inanırıq ki, “Neftçi”nin sadiq azarkeşləri hər zaman komandanın yanındadırlar və sona kimi öz dəstəyini əsirgəməyəcəklər”.

Sonda bildirilir ki, bütün bu cəhdlər klubun bir məqsəd uğrunda daha sıx birləşməsinə səbəb olub: “Bəyan edirik ki, klubun daxili müvazinətini pozmağa çalışan qüvvələrin cəhdləri uğursuzluqla nəticələnəcək”.

Sportbox.az

Baxılıb: 192

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close