22:50, 5.4.2017 Azərbaycan futbolu

Azərbaycan kuboku: «Qəbələ» və «Qarabağ» finalda

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Sportbox.az-ın məlumatına görə, ilk olaraq meydana “Qəbələ” və “İnter” komandaları daxil olublar.

İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb.

Günün ikinci görüşü isə paytaxtda baş tutub. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la “Neftçi” münasibətlərinə aydınlıq gətiriblər.

Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə seriyanı davam etdirə bilməyib.

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

5 aprel (çərşənbə)

 

“Qəbələ” – “İnter” - 2:0

Qəbələ şəhər stadionu

Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33

İlk oyun – 3:1

 

“Qarabağ” – “Neftçi” - 0:0

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 2:0

Sportbox.az

 

Baxılıb: 165

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close